Aprelin 19-da “Amrah Sığorta” ASC-nın səhmdarlarının ümumi yığıncağı keçiriləcək.
“Aprelin 19-da keçiriləcək ümumi yığıncaq zamanı şirkətin ləğv olunması prosesi müzakirə olunacaq”, - “İnterfaks-Azərbaycan”a şirkətdən məlumat verilib.
Xəbər verildiyi kimi, 2020-ci ilin oktyabr ayında "Amrah Sığorta" şirkətin ləğv olunması barədə qərar qəbul edib. AMB şirkətin fəaliyyət lisenziyasını geri çağırıb.
"Amrah Sığorta" 1993-cü ildən etibarən Azərbaycan bazarında fəaliyyət göstərib. Səhmdarları iki fiziki şəxdir. **
Ə.Məmmədov