İpoteka və Kredit Zəmanət Fondu daşınmaz əmlak bazarında tələbin öyrənilməsinə dair ictimai sorğu keçirilƏCƏK.
Bu məqsədlə İKZF bu sorğunu keçirmək üçün şirkət seçir.
Seçim açıq tender üsulu ilə keçirilir. Tenderdə iştirak haqqı – 100 manatdır.
Şərtlərə əsasən, sorğu 3 ay ərzində keçirilməlidir.
Tender təklifləri aprelin 15-dək qəbul olunur, təkliflər aprelin 16-da açılacaq.
Prezident İlham Əliyev 2017-ci il dekabrın 26-da “Azərbaycan İpoteka Fondu” ASC-nin ləğv edilməsi və İpoteka və Kredit Zəmanət Fondunun yaradılması haqqında fərman imzalayıb. **
Ə.Məmmədov