Ermənistan prezidenti Armen Sarkisyanın administrasiyası 2020-ci ilin payızında Qarabağ müharibəsi başa çatdıqdan sonra onun Bakıya səfər etməsi ilə bağlı KİV-də yayılan məlumatları təkzib edib.
“Bəzi KİV-lərdə prezident Armen Sarkisyanın noyabrın 17-də güya Bakıda olması ilə bağlı yaydığı məlumatlar yalan və dezinformasiyadır. Prezident Sarkisyan nə həmin gün, nə də digər başqa bir gün Bakıda olmayıb”, - prezidentin mətbuat xidməti bu gün məlumat verir.
Qeyd olunur ki, 2020-ci il 17 noyabr tarixində Sarkisyan öz iqamətgahında Kanadanın yeni səfirini qəbul edib. Səfir etimadnaməsini prezidentə təqdim edib. **