Gəncə şəhər Prokurorluğu bir ailənin 3 nəfər üzvünün dəm qazından zəhərlənərək ölməsi faktı ilə bağlı cinayət işi açıb. Bu barədə Prokurorluqdan məlumat verilir.
“Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi ərazisində yaşayan 1987-ci il təvəllüdlü Məmmədova Leyla Yunis qızı 2 uşağı ilə birlikdə yaşadıqları mənzildə dəm qazından zəhərlənərək ölüblər. Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə məhkəmə-tibb, məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib”, - məlumatda qeyd olunur.
Bildirilir ki, hazırda cinayətin baş vermə səbəblərinin dəqiqləşdirilməsi və təqsirkar şəxslərin müəyyən edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. **
X.Nəsirzadə