Azərbaycan Respublikasının Baş Prokurorluğu Naxçıvan Muxtar Respublikasının sabiq təhsil naziri Məmməd Qəribovun həbs olunması barədə məlumat yayıb. Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat verib.
“Naxçıvan Muxtar Respublikasının sabiq təhsil naziri Məmməd Qəribov həbs olunub”, - məlumatda deyilir.
Eyni zamanda, Baş Prokurorluq həbsin səbəblərini açıqlamır.
Öncə çərşənbə axşamı Azərbaycan Respublikasının Baş Prokurorluğu Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədovun həbs edilməsi ilə bağlı məlumat verib. Əhmədov mənimsəmədə təqsirli bilinir. **
X.Nəsirzadə