Azərbaycanda koronavirus infeksiyasına 297 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 237,26 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 195 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib, ölənlərin ümumi sayı 3 250 nəfərə çatıb.
Virusa yoluxmuş 229,915 min nəfər (sutka ərzində +126) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 4 min 095 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 152 (ötən gün 4 624 test), hazırkı dövrədək isə ümumilikdə 2 milyon 663,151 min test aparılıb.**
X.Nəsirzadə