Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki İnnovasiyalar Agentliyi 2020-ci il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlarına uyğun olaraq hazırlanmış maliyyə hesabatlarının audit olunması xidmətləri üçün şirkət seçir.
Seçim kotirovka sorğusu üsulu ilə keçirilir.
Əlaqə telefonu: (+994) 12 3101400.
Sənədləri 12 mart saat 12:00-dək qəbul olunur.
İnnovasiyalar Agentliyi prezident İlham Əliyevin fərmanı ilə 2018-ci ilin noyabr ayında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun və “Yüksək Texnologiyalar Parkı” MMC-nin əsasında yaradılıb. İnnovasiyalar Agentliyinin nizamnamə kapitalı 954,008 min manat təşkil edir. **
B.Rüstəmbəyov