Azərbaycan prezidenti İlham Əliyev çərşənbə axşamı Vergi Məcəlləsinə dəyişikliklərin təsdiq edilməsi haqqında fərman imzalayıb.
Düzəlişlərin mətni dövlət başçısının saytında dərc olunub. Bu barədə “İnterfaks-Azərbaycan” məlumat verir.
Dəyişikliklərə əsasən, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı ƏDV-dən azadolma 2022-ci il yanvarın 1-dək uzadılır.
Həmçinin ödəmə qabiliyyətini itirmiş bankların rezolyusiyası və sağlamlaşdırma tədbirləri çərçivəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qeyri-işlək (toksik) aktivlərin təqdim edilməsi, habelə bankın iflas proseduru çərçivəsində aktivlərinin təqdim edilməsini ƏDV azad edilmiş və azadolma müddəti 2021-ci ilin sonunadək uzadılır.
Kəpəyin istehsalı və satışına tətbiq edilən azadolmanın müddətinin 1 mart 2022-ci ilədək uzadılır.
Dəyişikliklərə əsasən, həmçinin hökumət qızıldan və gümüşdən hazırlanan zərgərlik məmulatlarının istehsalı və emalı işlərinin görülməsi məqsədilə təsdiqedici sənəd əsasında dəzgah, avadanlıq və qurğuların idxalının - 2021-ci il yanvarın 1-dən 3 il müddətinə və külçə, sikkə və qranul şəklində qızılın və gümüşün satışının əlavə dəyər vergisindən, eləcə də idxal olunan platin, qızıl və onlardan hazırlanmış zərgərlik və digər məmulatlar, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaz - 2021-ci il yanvarın 1-dən 3 il müddətinə aksizdən azad edilir. **
R.Əhmədov