“Azərişıq” ASC Sabirabad rayonunda “Cavad” yarımstansiyasına fiber-optik kabelin çəkilməsi üçün podratçı seçir.
Görüləcək işlərin həcminə Cavad kəndində yenidənqurulan 110/35/10 kV-luq “Cavad” yarımstansiyasını "Ağıllı idarəetmə şəbəkəsi"nə birləşdirmək üçün "Azərişiq" ASC-nin ofisindən “Cavad” yarımstansiyasına 11,5 km uzunluğunda fiber-optik kabelin çəkilməsi daxildir.
Seçim açıq tender üsulu ilə keçirilir. İştirak haqqı 500 manatdır.
Tender təklifləri 14 aprel saat 11:00-dək qəbul olunur. Tender proseduru 15 aprel saat 11:00-da baş tutacaq.
Telefon: 440-39-93 (daxili 90-99).
Azərbaycan Prezidentinin 10 fevral 2015-ci il tarixli sərəncamı ilə “Bakıelektrikşəbəkə” ASC “Azərişıq” ASC-yə çevrilib.
“Azərişıq” ASC-nin funksiyalarına Azərbaycan Respublikasının ərazisində elektrik enerjisini satın almaqla istehlakçıların etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatı daxildir.*
B.Rüstəmbəyov