Rusiya Ermənistandakı vəziyyətin tezliklə nizamlanacağına və Qarabağda gərginliyə səbəb olmayacağına ümid edir. Bunu RF xarici işlər nazirinin müavini Andrey Rudenko bu gün deyib.
“Biz bunu Ermənistanın daxili işi hesab edir və orada baş verən proseslərə müdaxilə etmirik, tərəflərdən heç birini dəstəkləmirik. İstəyirik ki, vəziyyət tez bir zamanda normallaşsın, bu, hamının, o cümlədən Dağlıq Qarabağ ətrafında nizamlanmanın xeyrinə olacaq”, - deyə Rudenko jurnalistlərə bildirib.
Ermənistanda daxili böhranın Qarabağda yeni gərginliyə səbəb olub-olmayacağı barədə suala nazir müavini belə cavab verib: “Ümid edirik ki, vəziyyət o səviyyəyə çatmayacaq, çünki bu, heç kimə, ilk növbədə, Ermənistana lazım deyil. Biz vəziyyətə belə neqativ yöndən baxmırıq”.
Onun sözlərinə görə, Rusiya Ermənistan tərəfi ilə səfirlik və başqa kanallar vasitəsi ilə daim təmasdadır.*