“AzInTelecom” MMC mövcud şəbəkə infrastrukturunun dayanıqlığının təmin edilməsi məqsədilə şəbəkə yüklənməsinin tənzimlənməsi sistemi üçün texniki xidmətlərin yenilənməsinə 812 min manata yaxın vəsait yönəldəcək.
www.tender.gov.az saytında dərc olunmuş məlumata görə, “AzInTelecom” “INFINİTECH” MMC ilə 811 min 622,88 manat dəyərində müqavilə bağlayıb.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC 2015-ci ilin iyun ayında yaradılıb. Şirkətin fəaliyyət istiqamətləri Azərbaycan və xarici ölkələr arasında mübadilə olunan beynəlxalq səs trafiki, Azərbaycana idxal olunan telekommunikasiya vasitələrinin sertifikatlaşdırılması və sair xidmətlərdən ibarətdir.*
N.Abbasova