“Bakı Telefon Rabitəsi” (BTRİB) MMC yük avtomobillərinin satın alınmasına 78 min manat yönəldəcək.
www.tender.gov.az saytında dərc olunmuş məlumata görə, “Azərmaş” MMC ilə müvafiq müqavilə bağlanıb.
2018-ci il martın 29-da “Azərmaş” zavodunun rəsmi açılışı olub. Zavodun təsisçiləri “İran Khodro” və “AzEuroCar” şirkətləridir. Zavod Neftçala Sənaye Məhəlləsində yerləşir. Zavodda istehsal olunan bütün avtomobillər “Avro-5” standartlarına uyğundur.
I mərhələdə müəssisənin yaradılmasına $15 milyon məbləğində sərmayə qoyulub.*
B.Rüstəmbəyov