Dövlət Gömrük Komitəsi (DGK) 2021-ci ilin yanvar-fevral aylarında dövlət büdcəsinə 593 milyon 403,7 min manat məbləğində vergi və rüsum köçürüb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə DGK-dan məlumat verilib.
Xəbər verildiyi kimi, 2020-ci ilin yanvar-fevral aylarında DGK-nın xətti ilə dövlət büdcəsinə köçürmələrin həcmi 663 milyon 306,3 min manat təşkil edib. Beləliklə, 2021-ci ilin yanvar-fevral aylarında dövlət büdcəsinə köçürmələr 10,5% azalıb.
Hesabat dövründə dövlət büdcəsinə ƏDV üzrə daxilolmalar 408 milyon 552,5 min manat, aksizlər üzrə 20 milyon 245,2 min manat, yol vergisi üzrə 5 milyon 773,6 min manat təşkil edib.
Bundan başqa, bu dövrdə gömrük rüsumları üzrə köçürmələr 158 milyon 832,4 min manat məbləğində olub.
2021-ci il üçün DGK-nın xətti ilə dövlət büdcəsinə köçürmələr üzrə plan 3,9 milyard manat təşkil edir.*
Ə.Məmmədov