2020-ci ilin yekunları üzrə Azərbaycanın birbaşa və zəmanətli xarici dövlət borcu $8 milyard 821,5 milyon təşkil edib ki, bu da 2019-cu ilin sonuna olan göstəricidən 3% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
“Bu məbləğin $5 milyard 289,6 milyonu birbaşa dövlət borclarının, $2 milyard 810,8 milyonu xarici valyutada dövlət qiymətli kağızlarının, $721,1 milyonu isə şərti öhdəliklərin payına düşüb”, - deyə hökumətdən qeyd ediblər.
2020-ci ildə xarici dövlət borcuna xidmət göstərilməsinə $1 milyard 85,1 milyon yönəldilib. Bu məbləğin $816,4 milyonu əsas borcun ödənilməsinə, $268,7 milyonu isə faiz ödənişlərinə sərf olunub.
1 yanvar 2021-ci il tarixinə Azərbaycanın xarici dövlət borcu ÜDM-nin 20,7%-ni təşkil edib.
Əhalinin hər nəfərinə düşən xarici borcun məbləği $871,8 təşkil edir.*
Ə.Məmmədov