2020-ci ilin yanvar-fevral aylarında Azərbaycanda ÜDM 3,2% azalıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
ÜDM-in azalmasını DSK-də COVİD-19 ilə bağlı məhdudiyyətlər və OPEC+ çərçivəsində neft hasilatının azalması ilə izah ediblər.
Hesabat dövründə neft sektorunda azalma 7,5%, qeyri-neft sektorunda – 0,4% təşkil edib.
Statistik məlumatlara görə, yanvar-fevralda Azərbacanda ÜDM-in nominal həcmi 12 milyard 19 milyon manat təşkil edib.
ÜDM istehsalının 41,2%-i sənaye, 10,7%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 3,1%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 8,1%-i nəqliyyat və anbar təsərrüfatı, 0,7%-i turistlərin yerləşdirilməsi və məişət xidmətləri, 2%-i informasiya və rabitə, 9,6%-i xalis vergilər və malların idxalı, 19,9% - digər sahələrinin payına düşüb.
Yanvar-fevral aylarında əhalinin hər nəfərinə düşən ÜDM 1 min 201,6 manat təşkil edib.
2021-ci ildə İqtisadiyyat Nazirliyi ÜDM-in 3,4% səviyyəsində artım proqnozlaşdırır.
2020-ci ildə Azərbaycanda ÜDM-in azalması COVİD-19 ilə bağlı məhdudiyyətlər və OPEC+ çərçivəsində neft hasilatının azalması ilə əlaqədar 4,3% təşkil edib. **
N.Abbasova