Azərbaycan yeni növ koronavirus infeksiyası ilə mübarizə çərçivəsində Rusiyadan 300 min doza “Sputnik V” vaksini alacaq.
Baş nazir Əli Əsədov bu gün müvafiq sərəncam imzalayıb.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə Rusiya Federasiyasının “Human Vaccine” MMC arasında imzalanmış dərman vasitəsinin tədarükünə dair təchizat Sazişinə əsasən 300 min doza “Sputnik V” dərman vasitəsinin Azərbaycan Respublikasına idxalı 180 gün müddətində həyata keçiriləcək.
Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.
Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə bu Sərəncamdan irəli gələn məsələlərin həllini təmin etmək tapşırılıb.
Hazırda Azərbaycanda peyvəndlənmə “CoronaVac” peyvəndi ilə həyata keçirilir. 4 milyon doza “CoronaVac” peyvəndinin ölkəyə gətirilməsi haqqında müqavilələr bağlanılıb.
Azərbaycanda vaksinasiya prosesinə 2021-ci il yanvarın 18-dən başlanılıb və “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” çərçivəsində həyata keçirilir.*
N.Abbasova