Böyük Britaniya Avropa İttifaqından çıxandan sonra Azərbaycanla ticarət-iqtisadi münasibətlərin tənzimlənməsi üçün yeni ikitərəfli sənəd imzalamağı planlaşdırır. Bu barədə Azərbaycanın Böyük Britaniyadakı fövqəladə və səlahiyyətli səfiri Tahir Tağızadə bəyan edib.
“Məlum olduğu kimi, Brexit ərəfəsindəki dövrdə Böyük Britaniya ticarət müqavilələrinin qlobal sisteminin imzalanması məsələsi üzərinə işləyirdi. Yəni, onun dünya dövlətləri ilə ticarət-iqtisadi münasibətləri tənzimləyəcək beynəlxalq-hüquq sənədlərinin yeni suistemi üzərində. Bununla əlaqədar Azərbaycan Böyük Britaninın və özünün fəallığı nöqteyi-nəzərindən hər zaman aparıcı yerlərdə olub və qeyd etmək məqsədəuyğun olardı ki, biz postsovet dövlətləri arasında Britaniya tərəfindən bu cür layihə əldə edən ilk ölkəyik”, - Tağızadə “İnterfaks-Azərbaycan”a müsahibəsində bildirib.
Səfir qeyd edib ki, Britaniya tərəfi Azərbaycan tərəfindən qeyd və təkliflərdən sonra layihədə düzəlişlər edib.
“Bu gün Britaniya tərəfi həmin sənədi işləyib qurtarır. Lakin bu proses bir qədəır zaman tələb etdiyinə görə, bu ətraflı geniş sənəddən öncə “keçid dövrünü bağlayacaq” hansısa müvəqqəti saziş olacaq”, - Tağızadə bildirib.
O, həmçinin qeyd edib ki, hazırda tərəflər təhsil sahəsində ikitərəfli səsnədin imzalanması məqsədilə iş görür.
“Cari ilin fevral ayında Böyük BritaniyanınAvropa qonşuluğu və Amerika məsələləri üzrə dövlət naziri Vendi Mortonun Bakıya səfəri zamanı ətraf mühit və energetika sahəsində sənəd imzalanıb. Sənədin ətraf mühit ilə əlaqədar hissəsi imzalanıb, Azərbaycan tətrəfindən bu sənədi nazir Muxtar Babayev imzalayıb. Sənədin energetika məsələləri ilə bağlı ikinci hissəsi daha sonra imzalanıb, Vendi Mortonun səfərindən sonra. Hazırda daha bir sənəd - təhsil sahəsində imzalanması üzərində iş davam edir”, - diplomat vurğulayıb.
Səfir ilə müsahibənin tam mətni ilə www.interfax.az saytında tanış olmaq mümkündür. **
R.Babayev, X.Nəsirzadə