Dövlət Vergi Xidməti 2020-ci ildə 572 səyyar yoxlama keçirilib, bu da 2019-cu ilin göstəricisindən 39,7% azdır. Bu barədə “İnterfaks-Azərbaycan”a hökumətdən məlumat verilib.
“2020-ci ildə yoxlamaların sayını 39,7% azalmasına baxmayaraq, bir yoxlama ilə əhatə olunan dövriyyənin məbləği mühüm dərəcədə artıb. Əgər 2019-cu ildə bu məbləğ 17,2 milyon manat təşkil edibsə, 2020-ci ildə 48,9 milyon manat olub”, - hökumətdən qeyd ediblər.
Aparılan yoxlamalar zamanı 563 vergi ödəyicisində pozuntular aşkar edilib. Ötən il həyata keçirilən səyyar yoxlamalar əsasında dövlət büdcəsinə əlavə vergilərin məbləği 562,1 mln. manat təşkil edib.
“Hesabat dövründə 5 mindən artıq obyektdə vergi nəzarəti həyata keçirilib. Onlardan 3,8 min obyektdə pozuntular açkalanıb, onlar barəsində 27 milyon 392,8 min manat məbləğində maliyyə sanksiyaları və 23,7 min manat məbləğində inzibati cərimələr tətbiq olunub”, - hökumətdən məlumat verilib.
2019-cu illə müqayisədə vergi nəzarəti üzrə tədbirlərin sayı 42,2% azalıb, cərimə və sanksiyaların məbləği 2,1 dəfə artıb. **
Ə.Məmmədov