Azərbaycan prezidenti İlham Əliyev 2021-ci ilin yanvar-fevral ayları ərzində koronavirus pandemiyası fonunda qeyri-enerji sənayesi istehsalında inkişafın nəticələrini yüksək qiymətləndirir.
“Hazırda bizim əsas məqsədimiz iqtisadiyyatımızın şaxələndirilməsini davam etdirməkdir. Düşünürəm ki, xüsusilə bu il və ötən il, pandemiyaya baxmayaraq, nəticələr çox ümidvericidir. Ümumi daxili məhsulda müəyyən azalmaya baxmayaraq, bizdə qeyri-enerji sənayesi istehsalında artım var», -
Əliyev cümə axşamı Avropa Yenidənqurma və İnkişaf Bankının yeni prezidenti Odil Reno-Bassonu videoformatda qəbul edərkən bildirib.
Dövlət başçısı qeyd edib ki, 2021-ci ilin yanvar-fevral ayları ərzində qeyri-enerji sənayesi istehsalında artım 12%-dən çox olub
“Bu, bizim sənayemizin şaxələndirilməsinin yaxşı göstəricisidir. Biz neft satışlarından topladığımız vəsaiti özəl sektoru, sənaye potensialımızı dəstəkləməyə yönəltməyə nail olduq və qeyri-enerji sənayesində 12% artım həqiqətən də əlamətdar hadisədir”, - Əliyev bildirib. **
N.Abbasova