2020-ci ildə Dövlət Vergi Xidməti (DVX) tərəfindən aparılan kameral yoxlamalar nəticəsində təsərrüfat subyektlərinə ümumilikdə 490 milyon manat məbləğində əlavə vergi hesablanıb ki, bu da 2019-cu ilin göstəricisindən 41,1% çoxdur. “İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, bu barədə hökumətin 2020-ci ilə dair hesabatında deyilir.
"Hesabat dövründə aparılan kameral yoxlamalar nəticəsində dövlət büdcəsinə 134,9 milyon manat (2019-cu illə müqayisədə artım 8,6%) köçürülüb. 2019-cu illə müqayisədə ötən il kameral yoxlamaların sayı 14,8 min azalıb", - deyə hesabatda qeyd olunur.
Hesabata əsasən, 2020-ci ildə Tax Free sistemi çərçivəsində mal alıcılarına 661,9 min manat qaytarılıb ki, bu da 2019-cu ilin göstəricisindən 79,8% azdır. Bütövlükdə, bu sistemin tətbiq olunduğu 2016-cı ildən etibarən fiziki şəxslərə 9 milyon 60,8 min manat qaytarılıb.*
Ə.Məmmədov