“Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC 2 lot üzrə tender elan edib.
1-ci lot Bakı şəhəri ərazisində səkilərdə, həyətlərdə, park və bağlarda təmir, yenidənqurma və abadlıq işlərinin həyata keçirilməsini, 2-ci lot isə mənzil və kommunal təsərrüfatı ilə bağlı subsidiyaların verilməsini nəzərdə tutur.
Tenderdə hər bir lot üzrə iştirak haqqı 1 min manatdır.
Tenderdə iştirak etmək istəyən şirkətlər təkliflərini 29 aprel saat 18:00-dək təqdim edə bilərlər. İddiaçıların təklifləri 30 aprel saat 11:00-da açılacaq.*
B.Rüstəmbəyov