“Azərişıq” ASC Bakı və Abşeronda yarımstansiyaların təmiri üçün podratçı seçir.
Görüləcək işlərin həcminə Xırdalan şəhəri ərazisində yerləşən 110/35/10 kV-luq “Qobu”, Sabunçu rayonu Maştağa qəsəbəsi ərazisində yerləşən 35/6 kV-luq “479” və Yasamal rayonu ərazisində yerləşən 88 saylı yarımstansiyaların təmiri daxildir.
Seçim açıq tender üsulu ilə həyata keçirilir. İştirak haqqı 700 manatdır.
İddiaçılar tenderdə iştirak etmək üçün təkliflərini 19 aprel saat 11:00-a qədər təqdim etməlidirlər. Təkliflər 20 aprel saat 11:00-da açılacaq.
Telefon: 440-39-93 (daxili: 90-99).
Azərbaycan Prezidentinin 10 fevral 2015-ci il tarixli sərəncamı ilə “Bakıelektrikşəbəkə” ASC “Azərişıq” ASC-yə çevrilib.
“Azərişıq” ASC-nin funksiyalarına Azərbaycan Respublikasının ərazisində elektrik enerjisini satın almaqla istehlakçıların etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatı daxildir.*
N.Abbasova