2020-ci ildə Azərbaycanda xalis minimum əmək haqqının xalis orta aylıq əmək haqqına nisbəti 38%-ə çatıb. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
2018-2020-ci illərdə xalis minimum əmək haqqının xalis orta aylıq əmək haqqına nisbəti 11,5% yüksəlib.
Həmin nisbətin göstəricisi 2018-ci ildə 26,5%, 2019-cu ildə 33,3% (minimum əmək haqqının 2 dəfəyə yaxın artırılması hesabına), 2020-ci ildə isə 38% təşkil edib.*
X.Nəsirzadə