ATƏT-in fəaliyyətdə olan sədri, İsveç xarici işlər naziri Ann Linde martın 15-də Azərbaycana səfərə gələcək. ATƏT-in saytında dərc olunmuş məlumata görə, o, səfər çərçivəsində Azərbaycan rəsmiləri ilə görüşlər keçirəcək.
“A.Linde səfər çərçivəsində Prezident İlham Əliyev, xarici işlər naziri Ceyhun Bayramov və baş nazir Əli Əsədovla görüşəcək, Dağlıq Qarabağ münaqişəsi və ATƏT-in münaqişənin həlli prosesindəki rolu mövzusunda danışıqlar aparacaq”, - deyə məlumatda bildirilir.
Bundan başqa, A.Linde görüşlərdə ATƏT və Azərbaycan arasında əməkdaşlığın möhkəmləndirilməsi yollarını müzakirə etməyi planlaşdırır.
“ATƏT sədri, həmçinin vətəndaş cəmiyyətinin nümayəndələri ilə də görüşəcək”, - deyə məlumatda qeyd olunur.*
N.Abbasova