Azərbaycanda Belarusdan ölkəmizə idxal edilən 70 kq dondurulmuş toyuq əti məhsulunda salmonella aşkar olunduğundan qadağan edilib. Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat verir.
“Həyata keçirilən nəzarət tədbirləri zamanı “Caspian Catering Supply” MMC tərəfindən Belarusdan ölkəmizə idxal edilən 70 kq dondurulmuş toyuq əti məhsuluna Agentliyin müfəttişləri tərəfindən baxış keçirilib. Baxış zamanı idxal olunan məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.Müayinələr nəticəsində məhsul partiyasından götürülən nümunələrdə patogen mikroorqanizm olan salmonella aşkar edilib”, - məlumatda qeyd olunur.
Bildirilir ki, faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb. **
X.Nəsirzadə