2020-ci ildə Azərbaycan Mərkəzi Bankı (AMB) dövriyyədən 12.5 milyard manat ümumi məbləğdə 492 milyon ədəd pul nişanını mədaxil edib. Bu barədə “İnterfaks-Azərbaycan”a AMB-dən məlumat verilib.
Eyni zamanda, 13.9 milyard manat ümumi məbləğ 556 milyon ədəd pul nişanı məxaric edilib.
“Hesabat dövründə tədavüldən mədaxil olunmuş 8.8 milyard manat məbləğində pul nişanları avtomatlaşdırılmış sistemlərdə emal olunaraq dövriyyəyə yararlı pul nişanları təkrar tədavülə buraxılıb”, - AMB-dən bildirilir.
Məlumata görə, 2020-ci ildə Mərkəzi Bank tərəfindən 628 ədəd saxta pul nişanı aşkarlanıb, bu da 2019-cu illə müqayisədə 30% azdır.**
Ə.Məmmədov