Azərbaycan Mərkəzi Bankının (AMB) 2020-ci ildə valyuta ehtiyatlarının idarə edilməsindən gəlirləri $93,65 milyon təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
2019-cu ildə Mərkəzi Bankın valyuta ehtiyatlarının idarə edilməsindən gəlirləri $163,9 milyon təşkil edib. Beləliklə, AMB 2020-ci ildə ehtiyatların idarə olunmasından gəlirlərini 42,9% azaldıb.
"2020-ci il ərzində AMB-nin valyuta ehtiyatları $112 milyon və ya 1,8% - $6,4 milyarda qədər artıb. Bununla yanaşı, ötən il valyuta ehtiyatlarının idarə edilməsindən gəlirlər $93,65 milyon təşkil edib", - bankdan qeyd olunur.
Bankın məlumatına görə, hesabat ilinin sonuna AMB-nin valyuta ehtiyatlarının 90%-i ABŞ dollarında (2019-cu ilin yekunları üzrə 91%), 5%-i avroda, 2%-i funt-sterlinqdə, 3%-i xüsusi borcalmahüquqlarında(SpecialDrawing Rights - SDR, Beynəlxalq Valyuta Fondu (BVF) tərəfindən buraxılan və xüsusi hesablarda qeydlər aparmaqla nağdsız beynəlxalq hesablaşmalarda və BVF-in hesab vahidi qismində istifadə edilən beynəlxalq ödəmə və ehtiyat vasitəsi) yerləşdirilib.**
A.Əzizov