2021-ci ilin fevral ayında Azərbaycanda orta illik inflyasiya 2021-ci ilin yanvar ayında 1,2%-ə qarşı 1,6% təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“2021-ci ilin fevral ayında Azərbaycanda inflyasiya 1,6% təşkil edib. Həmçinin fevralda ərzaq məhsulları, tütün və içkilərə artım 2,1%, qeyri-ərzaq malları 0,3%, xidmətlər 2% bahalaşıb”, - DSK-dan qeyd ediblər.
2021-ci ilin fevral ayında Azərbaycanda orta illik inflyasiya 3,7% təşkil edib (2021-ci il yanvarın sonuna – 3,3%). Həmçinin, fevralın sonuna ərzaq məhsulları üzrə orta illik inflyasiya 4,9%, qeyri-ərzaq malları üzrə - 3,6%, xidmətlər üzrə - 2,3% təşkil edib.
İqtisadiyyat Nazirliyi 2021-ci ilin yekunları üzrə Azərbaycanda orta illik inflyasiyanı 3% səviyyəsində proqnozlaşdırıb.**
N.Abbasova