2020-ci ildə Azərbaycanda bankların səhmdar kapitalına 131,7 milyon manat məbləğində inyeksiya həyata keçirilib.Bu barədə “İnterfaks-Azərbaycan”a Azərbaycan Mərkəzi Bankından məlumat verilib.
“2020-ci ildə bank sektorunun sağlamlaşdırılması və kreditləşmə prosesinin dəstəklənməsi üçün kapitallaşması məqsədilə tədbirlər davam edib. Ümumilikdə, 2020-ci ildə banklar səhmdar kapitalını 131,7 milyon manat artırıb”, - AMB-dən qeyd ediblər.
Hazırda Azərbaycanda 26 bank fəaliyyət lisenziyasına malikdir. **
A.Hüseynova