Bakı 2020-ci il 10 noyabr tarixli üçtərəfli saziş imzalandıqdan sonra Qarabağda saxlanılan hərbi qulluqçuları hərbi əsirlər hesab etmir. Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bəyan edib.
“Azərbaycan bütün hərbi əsirləri Ermənistana qaytarıb. 2020-ci il noyabrın 26-da Azərbayxcan ərazisində saxlanılan şəxslər hərbi əsirlər deyillər”, - Bayramov bu gün ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Ann Linde ilə brifinqdə bildirib.
Erməni hərbçilərinin taleyi ilə bağlı ATƏT-in narahatlığını şərh edən Bayramov əlavə edib ki, həmin şəxslər terrorçudurlar. “Ermənistan 2020-ci il 10 noyabr tarixli üçtərəfli sazişi pozaraq Laçın dəhlizi ilə Azərbaycan ərazisinə gizli şəkildə mülki formada və mülki nəqliyyat vasitələri ilə Ermənistan silahlı qüvvələrinin şəxsi heyətini keçirib. Qarabağa erməni hərbçilərinin göndərilməsi Ermənistanda hərbi qulluqçuların ailələlərində narazılığa səbəb olub və müstəqil mətbuat tərəfindən qeydə alınıb”, - Azərbaycan XİN başçısı vurğulayıb. Bayramov bildirib ki, bu cür addımlar vəziyyətin pozulmasına gətirir və beynəlxalq təşkilatları 10 noyabr tarixli sazişin bəndlərinin icrası məqsədilə Ermənistana zəruri təzyiqin göstərilməsinə çağırıb.
“Ermənistan silahlı qüvvələrinin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində yerləşdirilməsi Ermənistan tərəfindən beynəlxalq öhdəliklərin, xüsusilə dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət etmək ilə bağlı öhdəlioyin icrasının kobud şəkildə pozulmasıdır”, - o əlavə edib. **
Ə.Məmmədov