2020-ci ildə Azərbaycanda avtomobil yollarının saxlanması və inkişafına 1 mlrd. 722,1 mln. manat investisiya qoyulub (cari məzənnə ilə $1 milyard 17 milyon - İF). Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
2019-cu ildə Azərbaycanın yol sektorunun inkişafına 1 mlrd. 845,7 mln. manat yönəldilib. Beləliklə, 2020-ci ildə bu məqsədlər üçün yatırılan investisiyaların həcmi 6,7% azalıb.
2020-ci ildə ölkədə 1 min 385,3 km uzunluğunda avtomobil yolları yenidən qurulub, o cümlədən 254,6 km uzunluğunda respublika əhəmiyyətli, 767,2 km uzunluğunda yerli əhəmiyyətli yollar təmir edilib. Bakıda 342,1 km uzunluğunda yollarda, Sumqayıtda 21,4 km uzunluğunda yollarda yenidənqurma işləri aparılıb.
Bundan əlavə, ötən il ərzində 20 körpü, 9 piyada keçidi təmir edilib, iki avtomobil tuneli inşa olunub. **
N.Abbasova