«SOCAR Construction» MMC nizamnamə kapitalının 2 milyon 198,97 min manatdan 1 milyon 49,586 min manata qədər azaldıldığını elan edib. Bu barədə cəmiyyətin elanında deyilir.
Beləliklə, şirkətin nizamnamə kapitalı 2,1 dəfə azalıb.
Bununla belə, şirkət bu azalmanın səbəblərini açıqlamır.
Nizamnamə kapitalının azaldılması ilə əlaqədar kreditorlar bir ay ərzində öz tələblərini Bakı şəhəri, Nərimanov rayonu, Abdulvahab Salamzadə küçəsi, ev 65A ünvanına bildirə bilərlər.
Son bir neçə ay ərzində «SOCAR Construction» MMC nizamnamə kapitalının azaldılması barədə üçüncü dəfə lan edir: 2020-ci ilin dekabr ayında nizamnamə kapitalı 20 milyon 600,9 min manatdan 8 milyon 972,311 min manata qədər, 2021-ci ilin fevral ayında 8 milyon 972,311 min manatdan 2 milyon 198,97 min manatadək azldılmışdı.
“SOCAR Construction” MMC keyfiyyətli sənaye və infrastruktur obyektlərində yanacaq-enerji kompleksinin artan tələbatlarının təmin edilməsi məqsədilə təsis olunub.**
N.Abbasova