Crocus Group 2021-2022-ci illərdə Bakıda 7 yeni restoran açmağı planlaşdırır. Bu barədə holdinqin ortaqlarından biri olan Emin Ağalarov məlumat verib.
“Təkcə 2021-2022-ci illərdə Bakıda və Sea Breeze Resort kurort qəsəbəsində yeddi yeni restoran açmağı planlaşdırırıq. Bəzi layihələr portfelimizin artıq tanınmış brendləridir: Zafferano, “Edoko”, Forte Bello, Fish Box, Cafe Milano”, - deyə o, Rusiyanın “Kommersant” nəşrinə bildirib.
Ümumilikdə holdinq 1 milyard rubl investisiya yatırmağı və 2021-2022-ci illərdə 11 yeni restoran açmağı, o cümlədən Azərbaycanda və Moskva regionunda iştirakını gücləndirməyi, Peterburqda isə inkişafını davam etdirməyi planlaşdırır.
Hazırda Crocus Group 52 restoranın idarəçiliyini həyata keçirir. 2020-ci ildə qrupun restoran biznesinin dövriyyəsi üç dəfə azalıb, iki il ərzində şirkət bu göstəricinin 70% artacağını gözləyir.*
R.Əhmədov