Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) martın 17-dən Azərbaycanın daha 4 müəssisəsindən pomidor idxalına icazə verib.
“Qərar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin zəmanəti ilə, habelə birgə video-yoxlamalar zamanı götürülən nümunələrin karantin fitosanitar ekspertizasının nəticələrindən sonra verilib”, - deyə “İnterfaks-Azərbaycan” agentliyi “Rosselxoznadzor”un məlumatına istinadən xəbər verir.
“Rosselxoznadzor” Azərbaycan pomidorunda Cənubi Amerika güvəsinin aşkar edilməsi ilə əlaqədar 2020-ci il dekabrın 10-dan bu məhsulun idxalına qadağa qoymuşdu.*
X.Nəsirzadə