Ermənistanın Qarabağ münaqişəsinin həlli üçün ATƏT-in Minsk qrupunun güclü həmsədrliyinə ehtiyacı var. Bunu Ermənistan xarici işlər naziri Ara Ayvazyan deyib.
“Dağlıq Qarabağ münaqişəsinin qəti siyasi həlli yalnız ATƏT-in Minsk qrupunun həmsədrliyi çərçivəsində mümkündür. Bizim ATƏT-in Minsk qrupunun güclü həmsədrliyinə ehtiyacımız var. Minsk qrupu sülh prosesində liderliyi ələ ala biləcək. Bizim, həmçinin regional sabitlik və sülh üçün məsul orqan kimi güclü ATƏT-ə ehtiyacımız var”, - deyə Ayvazyan ATƏT-in fəaliyyətdə olan sədri Ann Linde ilə Yerevanda keçirdiyi birgə brifinqdə bildirib.
Linde isə öz növbəsində, ATƏT-in Minsk qrupunun fəaliyyətini dəstəklədiyini və beynəlxalq humanitar hüquqa hörmətin vacibliyini bəyan edib.*