Azərbaycan Qarabağ müharibəsi zamanı mülki erməni əhalini hədəfə almayıb, həlak olmuş mülki şəxslərin böyük əksəriyyəti məhz hərbi əməliyyatlarda iştirak edib.
“O ki qaldı, mülki əhaliyə, Ermənistanın statistikasına görə, müharibə dövründə təqribən 40-a yaxın mülki şəxs həlak olmuşdur. Onların da böyük əksəriyyəti məhz hərbi əməliyyatlarda iştirak edən mülki şəxslər idi”, - deyə dövlət başçısı Hadrut qəsəbəsinə səfəri zamanı bildirib.
O qeyd edib ki, ermənilərdən fərqli olaraq, Azərbaycan müharibə dövründə mülki əhaliyə qarşı deyil, hərbi birləşmələrə qarşı müharibə aparıb.
“Bütövlükdə 44 günlük müharibə zamanı mülki erməni əhali arasında itkilər kifayət qədər az idi. Ona görə ki, Azərbaycan Ordusu heç vaxt mülki əhaliyə qarşı müharibə aparmamışdır. Ermənilərdən fərqli olaraq, biz müharibə dövründə ancaq hərbi birləşmələrə qarşı müharibə aparmışıq, onları məğlub etmişik, onları torpaqlarımızdan qovmuşuq”, - deyə İ.Əliyev vurğulayıb.*
X.Nəsirzadə