Prezident İlham Əliyev Füzuli və Xocavənd rayonlarına səfəri zamanı iki yeni avtomobil yolunun təməlini qoyub.
Əvvəlcə dövlət başçısı Füzuli-Hadrut avtomobil yolunun təməlini qoyub. Bu yol başlanğıcını Zəfər yolundan götürür və yeni inşa ediləcək Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yoluna birləşir. Uzunluğu 13 kilometr olan bu yol 4 hərəkət zolaqlı olacaq. Yolboyunca avtomobil körpüləri inşa ediləcək.
Sonra Prezident İlham Əliyev Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yolunun təməlini qoyub. Bu yol başlanğıcını Hadrut yaşayış məntəqəsindən götürməklə və Cəbrayıl rayonundan keçməklə Şükürbəyli kəndində Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi avtomobil yoluna birləşir. Uzunluğu 43 kilometrdir. Dörd hərəkət zolaqlı bu yolboyunca avtomobil körpüləri tikiləcək.*
B.Rüstəmbəyov