2021-ci ilin yanvar-fevral aylarında Azərbaycanda 5 milyon 828,3 min ton neft hasil edilib ki, bu da 2020-ci ilin müvafiq dövrünün göstəricisindən 4,9% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“Yanvar-fevral aylarında Azərbaycanda 5 milyon 828,3 min ton neft hasil edilib ki, bunun da 5 milyon 818,3 min tonu əmtəəlik neftin payına düşüb. 2020-ci ilin yanvar-fevral ayları ilə müqayisədə hər iki göstərici üzrə azalma 4,9% təşkil edib”, - deyə məlumatda bildirilir.
2021-ci ilin yanvar-fevral aylarında Azərbaycanda 6 milyard 836,8 milyon kubmetr qaz (artım 3%) hasil edilib. Əmtəəlik qaz hasilatı 5 milyard 102,8 milyon kubmetr (artım 9,6%) həcmində olub.
2020-ci ildə Azərbaycanda 34 milyon 585,4 min ton neft, 36 milyard 713,3 milyon kubmetr qaz hasil edilib.*
N.Abbasova