2021-ci ilin yanvar-fevral aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən (nomenklatura kodu 2709) 5 milyon 694 min 291,65 ton neft məhsulları ixrac edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 0,3% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Hesabat dövründə Azərbaycandan $2 milyard 44 milyon 472 min dəyərində (azalma 25%) neft ixrac edilib.
Yanvar-fevral aylarında ixracın ümumi strukturunda neftin payı 73,33% təşkil edib.
“İnterfaks-Azərbaycan” agentliyinin hesablamalarına əsasən, 2021-ci ilin yanvar-fevral aylarında Azərbaycan neftinin bir barelinin orta qiyməti $47,87 təşkil edib.
DGK-nın məlumatına görə, hesabat dövründə İtaliyaya 2 milyon 930 min 74,8 ton ($1 milyard 40 milyon 244,18 min dəyərində) neft ixrac edilib ki, bu da bütün neft ixracının 51,5%-ni təşkil edib.
Yanvar-fevral aylarında ölkələr üzrə neft ixracının strukturu:
Ölkə |
Həcm |
Dəyər |
İtaliya |
2 930 074,8 |
1 040 244,18 |
Hindistan |
574 033,93 |
215 964,03 |
İspaniya |
507 406,05 |
175 557,63 |
Portuqaliya |
312 238,47 |
123 689,47 |
Ukrayna |
339 389,1 |
111 480,59 |
Çin |
277 516,67 |
102 592,36 |
Xorvatiya |
187 115,67 |
61 850,91 |
İsrail |
122 207,65 |
39 870,77 |
Böyük Britaniya |
90 270,92 |
39 708,43 |
Almaniya |
91 823,81 |
37 383,31 |
Belarus |
90 820,69 |
37 349,39 |
Rumıniya |
84 725,08 |
30 584,11 |
Avstraliya |
54 975,82 |
20 884,24 |
Tunis |
29 783,94 |
6 786,9 |
Türkiyə |
1 743,14 |
470,06 |
Rusiya |
165,91 |
55,62 |
N.Abbasova*