2021-ci ilin yanvar-fevral aylarında Azərbaycanda 669,3 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib ki, bu da 2020-ci ilin müvafiq dövrünün göstəricisindən 2,3% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə 639,5 milyon manat məbləğində heyvandarlıq, 29,8 milyon manat məbləğində bitkiçilik məhsulları istehsal edilib. Heyvandarlıq məhsullarının istehsal həcmi 2,1%, bitkiçilik məhsullarının istehsal həcmi 6,2% artıb.
2 ay ərzində respublikada 85,4 min ton ət (artım 3%), 314,2 min ton süd (artım 1,5%), 301,7 milyon ədəd yumurta (azalma 4,5%) istehsal edilib.
Yanvar-fevral aylarında respublikada 33,6 min ton tərəvəz yığılıb ki, bu da bir il əvvələ olan göstəricidən 6,4% çoxdur.
2020-ci ildə Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsal həcmi 2% artıb.*
X.Nəsirzadə