2021-ci ilin yanvar-fevral aylarında Azərbaycan əhalisinin nominal pul gəlirləri 7 milyard 979,9 milyon manat təşkil edib ki, bu da 2020-ci ilin analoji dövrünün göstəricisindən 4,2% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə Azərbaycanda orta illik inflyasiya 3,7% təşkil edib.
Statistik məlumatlara görə, yanvar-fevral aylarında əhalinin hər nəfərinə düşən nominal pul gəlirləri 4,7% - 797,8 manatadək azalıb.
Bütün vergilər ödənildikdən və digər icbari ödənişlər həyata keçirildikdən sonra əhalinin sərəncamında 7 milyard 136,9 milyon manat qalır ki, bu da 2020-ci ilin müvafiq dövrünün göstəricisindən 4,9% azdır.
2020-ci ildə əhalinin nominal pul gəlirləri 1,8% azalıb.*
Ə.Məmmədov