2021-ci ilin yanvar-fevral aylarında Azərbaycanda neft məhsullarının istehsalı ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 17,9% - 504,6 milyon manata qədər azalıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə birbaşa qovulan benzin (nafta) istehsalında 73% - 76,3 min tona qədər, neft koksu istehsalında 5,8% - 41,8 min tona qədər artım qeydə alınıb.
Yanvar-fevral aylarında 148,9 min ton (azalma 35,3%) avtomobil benzini, 356,3 min ton (azalma 4,2%) dizel yanacağı, 65,3 min ton (azalma 34,8%) təyyarə yanacağı, 4,1 min ton (azalma 79,4%) soba mazutu, 5,2 min ton (azalma 1,9%) sürtkü yağı, 23,3 min ton (azalma 22,8%) neft bitumu istehsal edilib.
2021-ci il martın 1-nə Bakı Neft Emalı Zavodunun anbarlarında 35,5 min ton avtomobil benzini, 46,3 min ton təyyarə yanacağı, 139 min ton dizel yanacağı, 11,1 min ton soba mazutu, 6,1 min ton sürtkü yağı, 21 min ton neft bitumu, 13,5 min ton neft koksu var.
Hazırda Azərbaycanda yalnız bir neft emalı zavodu - Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu fəaliyyət göstərir.*
N.Abbasova