2021-ci ilin yanvar-fevral aylarında Azərbaycanın sənaye sahəsinə investisiya qoyuluşları ötən ilin analoji dövrü ilə müqayisədə 11,5% - 968,7 milyon manatadək azalıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
2 ay ərzində Azərbaycan iqtisadiyyatına bütün investisiya qoyuluşlarının 72,4%-i sənaye sahəsinə yönəldilib.
Hesabat dövründə mədənçıxarma sənayesinə investisiya qoyuluşları 763,8 milyon manat (azalma 13%) təşkil edib.
Emal sənayesinə 180,6 milyon manat (artım 35,1%) həcmində investisiya qoyulub.
Elektrik enerjisi, qaz istehsalı və bölüşdürülməsi sahəsinə investisiya qoyuluşları 23,3 milyon manat (azalma 50,9%) məbləğində olub.
Nəqliyyat və anbar təsərrüfatı sahəsinə 17,1 milyon manat (azalma 93%), rabitə və informasiya sahəsinə 26 milyon manat (artım 69,5%), dövlət idarəçiliyi, müdafiə və icbari sosial təminat sahəsinə 400 min manat (azalma 96,2%), təhsil sahəsinə 2,3 milyon manat (azalma 58,8%) investisiya qoyuluşu həyata keçirilib.
Qalan investisiyalar iqtisadiyyatın digər sektorlarının payına düşüb.
2020-ci ildə sənaye sahəsinə investisiya qoyuluşları 2019-cu illə müqayisədə 4,3% azalıb.*
B.Rüstəmbəyov