Azərbaycan və Türkiyə vətəndaşları aprelin 1-dən yeni nəsil şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı səfərlər edə biləcəklər.
“Türkiyə və Azərbaycan bir-birinə daha da yaxın olur. Hər iki ölkə vətəndaşları 1 aprel 2021-ci il tarixindən etibarən yeni nəsil şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı səfərlər edə biləcəklər", - deyə Türkiyə Milli Polis İdarəsinin rəsmi Twitter hesabında dərc olunmuş məlumatda bildirilir.
“Səfərlər zamanı vizasız qalma müddəti 90 gündür”, - deyə məlumatda qeyd olunur.
Azərbaycan və Türkiyə vətəndaşlarının yeni nəsil şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı səfərlərini nəzərdə tutan protokol 2020-ci il dekabrın 10-da imzalanıb.*
N.Abbasova