Baş Prokurorluq Milli qəhrəman, ehtiyatda olan general-leytenant Rövşən Əkbərovun 2001-ci ildə Ukraynada qəsdən adam öldürmədə təqsirli bilinərək həbsi barədə məlumat verib.
“Azərbaycan Respublikası vətəndaşı, 1965-ci il təvəllüdlü, Əkbərov Rövşən Telman oğlunun 31 may 2001-ci il tarixdən 1 iyun 2001-ci il tarixə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanda yerləşən “Sikora” kafesində yeyib-içdikdən sonra, saat təxminən 3-4 radələrində həmin kafenin yaxınlığında Elçin Əliyev ilə aralarında yaranmış cüzi münaqişə səbəbindən xuliqanlıq niyyəti ilə Elçin Əliyevin ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək sonuncunu qəsdən öldürməsinə şübhələr üçün əsaslar müəyyən edilib”, - Baş Prokurorluqdan məlumat verilir.
Məlumata əsasən, 15 mart 2021-ci il tarixdə Rövşən Əkbərov CM-in 12.1, 120.2.2 (qəsdən adam öldürmə)və12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddələrlə ittiham elan edilib.
“Bakı Hərbi Məhkəməsinin həmin tarixli qərarı ilə Əkbərovun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib”, - Prokurorluqdan bildirilir. **
X.Nəsirzadə