Azərbaycan prezidenti İlham Əliyev çərşənbə günü Slovakiyanın xarici və Avropa işlər naziri İvan Korçoku qəbul edib. Bu barədə dövlət başçısının rəsmi saytında məlumat verilir.
“Söhbət zamanı siyasi əlaqələr, iqtisadi əməkdaşlıq, ticarət əlaqələrinin genişləndirilməsi və inkişaf etdirilməsi, (Qarabağda - İF) minalardan təmizləmə sahəsində əməkdaşlıqla bağlı məsələlər müzakirə edildi”, - məlumatda qeyd olunur.
Tərəflər dövlətlərin ərazi bütövlüyü və suverenliyi, sərhədlərin toxunulmazlığı prinsiplərinin dövlətlərarası münasibətlərdə aliliyini qeyd ediblər. **
X.Nəsirzadə