Azərbaycanda koronavirus infeksiyasına 840 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 242,491 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 980 yoluxma faktı qeydə alınmışdı. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib, ölənlərin ümumi sayı 3 307 nəfərə çatıb. Virusa yoluxmuş 231,638 min nəfər (sutka ərzində +268) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 7 min 546 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 023 (ötən gün 10 453 test), hazırkı dövrədək isə ümumilikdə 2 milyon 736,493 min test aparılıb.**
X.Nəsirzadə