2020-ci ildə “Bakı Metropoliteni” QSC-yə COVİD-19 koronavirus pandemiyası dövründə zəruri xərclərin ödənilməsi üçün Azərbaycan hökumətindən 27,67 milyon manat (cari məzənnə ilə $16,3 milyon) ayrılıb. Bu barədə “İnterfaks-Azərbaycan”a hökumətdən məlumat verilib.
“Ötən il “Bakı Metropoliteni”nə əsaslı kapital qoyuluşları çərçivəsində dövlət büdcəsindən 140,2 milyon manat ayrılıb. Bundan başqa, 2020-ci ildə “Bakı Metropoliteni” QSC-yə koronavirus pandemiyası dövründə zəruri xərclərin ödənilməsi üçün dövlət büdcəsindən 40 milyon manat və daha 27,67 milyon manat məbləğində subsidiyalar ayrılıb”, - hökumətdən bildirilir.
2020-ci ildə Bakı metrosu ilə sərnişindaşımalar 2019-cu illə müqayisədə 68,4% - 74,7 milyon manata qədər azalıb.
Xəbər verildiyi kimi, 2020-ci ildə “Bakı Metropoliteni” koronavirusun yayılması təhlükəsi ilə əlaədar sərnişinlərin daşınması üzrə xidmətlərin göstərilməsini üç dəfə dayandırıb. İlk dəfə metro ilə sərnişindaşınma xidmətlıəri martın 31-dən mayın 9-dək, sonra iyulun 4-dən sentyabrın 14-dək, üçüncü dfə - oktyabrın 19-dan dayandırılıb. Metro ilə daşımalar 2021-ci il aprelin 1-dək bağlıdır.
Bakı Metropoliteni 1967-ci ildən fəaliyyət göstərir. Hazırda metropoliten 3 xətt (yaşıl, qırmızı və bənövşəyi) və 25 stansiyadan ibarətdir.**
N.Abbasova