“Rəvan Sığorta” ASC şirkətin ləğv olunması ilə əlaqədar kreditorlardan tələblər qəbul edəcək.
“Kreditorlar iki ay ərzində şirkətə öz tələblərini irəli sürə bilərlər”, - şirkətin elanında deyilir.
Xəbər verildiyi kimi, 2020-ci ilin avqust ayında “Rəvan Sığorta”nın səhmdarları şirkətin könüllü ləğv edilməsi barədə qərar qəbul ediblər.
2021-ci il 10 mart tarixində şirkətin könüllü müraciəti əsasında AMB-nin İdarı Heyətinin qərarı ilə sığorta şirkətinin lisenziyası geri çağırılıb.
“Rəvan Sığorta” şirkəti 1998-ci ildən etibarən Azərbaycanın sığorta bazarında fəaliyyət göstərir. Şirkətin əsas səhmdarı “Nurgün” Şirkətlər Qrupu, nizamnamə kapitalı 8 milyon 900 min 71,2 manatdır.**
Ə.Məmmədov