Ermənistanın cənubunda, Azərbaycan və İranla sərhəddə yerləşən Sünix vilayətində demilitarizasiya edilmiş zonanın yaradılması zəruridir. Ermənistan Ombudsmanı Arman Tatoyan belə hesab edir.
Prezidentin mətbuat xidmətinin məlumatına görə, Tatoyan çərşənbə günü Ermənistan prezidenti Armen Sarkisyanla görüş zamanı özünün bu konsepsiyasını təqdim edib.
Öz növbəsində, Sarkisyan bəyan edib ki, Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyası və demarkasiyası rəsmi olaraq həyata keçirilməyib, bu da deməkdir ki, hazırda hüquqi nöqteyi-nəzərindən dövlət sərhədlərinin müəyyənləşdirilməsi prosesi müəyyən olunmayıb. **